Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Misir Mərdanov Elm və Təhsil Nazirliyinin “Tiktok” müsabiqəsi haqda danışdı –

Orkhan Ali 08 May 2025 - 21:22 (Last updated: 21 May 2025 - 20:47)
Misir Mərdanov

Misir Mərdanov

Xəbər verdiyimiz kimi, TikTok sosial media platforması Elm və Təhsil Nazirliyinin dəstəyi ilə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir.

İlk dəfə keçirilən müsabiqədə ümumi təhsil, ali təhsil, eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər.

Bəs Azərbaycan müəllimləri üçün bu cür müsabiqənin keçirilməsinə ehtiyacı varmı? Mövzu ilə bağlı Azxeber.com-a açıqlama verən keçmiş Təhsil Naziri Misir Mərdanov bu müsabiqənin xeyirli bir iş olmadığını deyib:

“Sosial şəbəkədə müəllimlər üçün bu tip müsabiqənin keçirilməsi xeyirli bir işə oxşamır. Çünki ola bilər ki müəllim bu işdən başı yaxşı çıxan birinə onun üçün kontent hazırlamaqla bağlı sifariş versin. Bu isə həqiqəti əks etdirməyəcək. Belə halların olması da qaçılmaz faktdır. Mənə belə gəlir ki, biz hələ belə bir müsabiqəyə hazır deyilik. Mən belə hesab edirəm ki, bəlkə daha yaxşı başqa şeylər düşünmək olardı. Hələlik bu haqda bir şey demək çətindir. Ancaq bunun çox da xeyirli olacağına inanmıram”

Azərbaycan müəlliminin dərs prosesini videoya çəkib, sosial şəbəkədə paylaşmasına ehtiyac varmı? sualına isə Misir Mərdanov belə cavab verib:

“Əgər müəllim özü hazırlayıb, nümunəvi dərs prosesini çəkib, təqdim etsə və digər müəllimlər də ondan yararlansalar bunu müsbət hal hesab etmək var. Əgər belə olsaydı bu eyni zamanda müəllimlərin bu ixtisasının artırması, bilik və bacarığının yüksəldirməsi istiqamətində də yaxşı bir iş olardı. Ancaq olacaqmı, onun haqqında əvvəlcədən nəsə söyləməyə şəxsən mən çətinlik çəkirəm”.

AzPost.az

Post navigation

Previous: Yeni Roma Papası seçildi, bacadan ağ tüstü çıxdı
Next: “İlk amerikalı Papa ölkəmiz üçün şərəfdir” –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.