Türkiyə səfiri Lənkərana səfər edib

Mayın 8-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Birol Akgün Lənkəran rayonuna səfər edib.
İcra başçısı Türkiyə səfirinə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumat verib,rayonun Türkiyə ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə danışıb.
İcra başçısı Prezident İlham Əliyevin strateji müttəfiqlik səviyyəsində olan Azərbaycan-Türkiyə əlaqələrinin dünyada bənzəri və nümunəsi olmaması fikrini xatırladıb və xalqlarımız arasındakı qardaşlıq bağlarının dərin tarixi köklərinin olduğunu vurğulayıb.
Birol Akgün səmimi qəbula görə təşəkkür edib, ölkələrimiz arasındakı münasibətlərin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasənda inkişaf etdiyini bildirib.
Qeyd edək ki, türk diplomat səfər çərçivəsində Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin təşkilatçılığı ilə Lənkəran sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin süni örtüklü idman sahəsinin açılışında və Lənkəran stansiyasında kənd təsərrüfatı texnikası və avadanlıqlarının təhvil verilməsi mərasimində də iştirak edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.