Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Şəkərli içkilər, kartof çipsləri, konfetlər niyə sağlamlığa ziyandır? –

User 17 Yanvar 2026 - 13:40 (Last updated: 17 Yanvar 2026 - 11:50)
cipsiler

Araşdırmalara görə, şəkərlə şirinləşdirilmiş içkilər, kartof çipsləri və qablaşdırılmış peçenyelər kimi ultra-emal olunmuş məhsulların qəbulu sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.

Hər gün əlavə qəbul edilən 100 qram ultra-emal olunmuş məhsul arterial hipertenziya, digər ürək-damar xəstəlikləri, xərçəng, həzm sistemi xəstəlikləri, ölüm halları və s. riskini artırır.

“Ultra-emal olunmuş məhsullar şəkər, duz və digər qidalandırıcı olmayan komponentlərin yüksək tərkibi ilə xarakterizə olunur, onların qida dəyəri aşağı, lakin kaloriliyi yüksəkdir”, – deyə Sun Yatsen Universitetinin Memorial Xəstəxanasının (Quançjou, Çin) kardiologiya şöbəsinin əməkdaşı, tibb elmləri doktoru Syao Lyu bildirir.

Sistemli icmalda 2024-cü ilin aprel ayınadək ultra-emal olunmuş məhsullarla insan sağlamlığı arasında əlaqəni qiymətləndirən Amerika, Avropa, Asiya və Okeaniyada aparılmış 41 prospektiv kohort (müəyyən müdaxilə edilmədən müşahidə aparılan) tədqiqat yer alıb. Bu tədqiqatlarda ümumilikdə 18 yaş və yuxarı olan 8 286 940 nəfər (30,8 faiz kişi, 69,2 faiz qadın) iştirak edib.

Tədqiqatçıların sözlərinə görə, ultra-emal olunmuş məhsullara sənaye üsulu ilə hazırlanmış çörək məmulatları, şəkərlə şirinləşdirilmiş içkilər, kartof çipsləri, şokoladlı qənnadı məmulatları, konfetlər, qablaşdırılmış peçenyelər və s. aiddir.

Araşdırma göstərib ki, ultra-emal olunmuş məhsulların qəbulu hipertenziya, ürək-damar xəstəlikləri, xərçəng, həzm sistemi xəstəlikləri və ümumi ölüm hallarına gətirib çıxara bilər.

Ultra-emal olunmuş qidaların gündəlik qəbul edilən əlavə 100 qramı hipertenziya riskini 14,5 faiz, ürək-damar xəstəlikləri riskini 5,9 faiz, xərçəng riskini 1,2 faiz, həzm sistemi xəstəlikləri riskini 19,5 faiz və ümumi ölüm riskini 2,6 faiz artırır. Tədqiqatçılar həmçinin piylənmə və artıq çəki, metabolik sindrom və diabet və depressiya və narahatlıq riskinin artdığını da qeyd ediblər.

Tədqiqatçıların fikrincə, hökumətlər ultra-emal olunmuş məhsulların qəbulunun azaldılması və bununla bağlı sağlamlığa təsirlərinin yumşaldılması istiqamətində tədbirlər görməyi nəzərdən keçirə bilər. Təklif edilən tədbirlər arasında qida məhsullarının etiketlənməsi ilə bağlı ciddi qaydaların tətbiqi də var ki, bu da istehsalçıları məhsulların tərkibini, xüsusilə ultra-emal olunmuş məhsullarda mövcud olan bütün əlavələri açıq şəkildə göstərməyə məcbur edəcək, deyə Lyu bildirir.

Klinik həkimlər də xəstələri ultra-emal olunmuş məhsulların qəbulunu tədricən azaltmağa və onları daha qidalandırıcı, minimal emaldan keçmiş məhsullarla əvəz etməyə təşviq etməlidirlər.

Lyu qeyd edir ki, əldə olunan nəticələr nədən qaçınmalı olduğumuzu deyil, həm də nəyi qəbul etməli olduğumuzdan xəbər verir.

Onun sözlərinə görə, yeni məlumatlar sağlamlığa faydanı təbii tərkibli məhsullar, sadə tərkibli qidalar və Aralıq dənizi və ya DASH pəhrizləri kimi mədəni qəbul edilən sağlam qidalanma modelləri ilə əlaqələndirir

AzPost.az

Post navigation

Previous: Ukrayna nümayəndə heyəti sülh danışıqları üçün ABŞ-a gəlib
Next: Rusiya ordusu Ukraynanın enerji obyektlərini vurub

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

aqac esas
  • Sosial

Güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb

User 16 Noyabr 2026 - 10:05
Noyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları...
Read more about Güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb
AZAL İstanbulun bu hava limanına uçuşları dayandırır – Sərnişinləri nə gözləyir? AZAL
  • Sosial

AZAL İstanbulun bu hava limanına uçuşları dayandırır – Sərnişinləri nə gözləyir?

User 16 Noyabr 2026 - 09:28
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Noyabr 2026 - 09:20
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.