Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Makron Tramp ilə danışıqdan sonra Rusiyaya ultimatum verdi

Orkhan Ali 09 May 2025 - 19:10 (Last updated: 21 May 2025 - 20:46)
1
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Ukraynada 30 günlük tam atəşkəsin tətbiqinə dair çağırışını dəstəkləyib və Rusiya rəhbərliyindən bu təşəbbüsə dərhal razılıq verməyi tələb edib.
Qaynarinfo-nun məlumatına görə, Makron X-da paylaşdığı məlumatda bildirib ki, o, ötən axşam ABŞ prezidenti ilə bir neçə dəfə telefonla danışıb. Onun sözlərinə görə, tərəfdaşlar atəşkəsin əldə olunması üçün gecikmədən, bəhanələr və ya vaxtı uzatma taktikasından istifadə etmədən çalışmalıdır:
“Ukrayna bu cür atəşkəsi təxminən iki ay əvvəl dəstəklədiyini bəyan etmişdi. İndi isə Rusiyanın da eyni addımı atmasını gözləyirəm. Əgər bu baş verməsə, biz Avropa ölkələri ilə birlikdə və ABŞ ilə sıx koordinasiyada qətiyyətli cavab verməyə hazırıq”.
Xatırladaq ki, Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası danışıqların əvvəlindən etibarən Kiyev və Moskvanı əvvəlcə döyüş əməliyyatlarını tam dayandırmağa, daha sonra isə münaqişəyə sülh yolu ilə son qoymaq üçün yol axtarmağa çağırırdı.
Ukrayna bu təşəbbüsə dərhal razılıq verərək qeyd etmişdi ki, indi növbə Rusiyadadır. Lakin Kreml daimi olaraq tam atəşkəsdən imtina edir, əvəzində müvəqqəti atəşkəslər təklif edir.
Qeyd edək ki, Tramp dünən Ukrayna prezidenti Volodimir Zelenski ilə yeni bir telefon danışığı aparıb. Bundan sonra o, hər iki tərəfi şərtsiz 30 günlük atəşkəsə çağırıb.

AzPost.az

Post navigation

Previous: Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub
Next: “Badam Pro”nun xanım sahibinin 800 minə yaxın borcu var

Oxşar xəbərlər

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.