Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

SSRİ bayrağı qaldıran sədr: “Türkiyə bayrağına niyə bir söz demirsiniz…”

Orkhan Ali 13 May 2025 - 16:15 (Last updated: 21 May 2025 - 20:41)
agsq1

Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib. Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.

O, ilk telefon zəngimizdə qısa cavab verərək əməkdaşımızı təhqir edib.

Saleh Səmədov növbəti zəngimizdə isə daha geniş cavab verib.

O bildirib ki, sözügedən tədbir abidənin açılışı ilə bağlı idi, həmin müharibə də o bayraq altında baş verib:

 

“Bir dövlət yoxdursa, bayrağı ola bilərmi?! Bu sadəcə olaraq bizim tariximizdir. Burada nə var ki?! Cavan nəsil o bayrağı bilmir, biz isə o bayrağın sədaları altında doğulmuşuq, bayramlarımız da o bayraq altında keçib. Müharibənin rəmzi olaraq biz o bayrağı oraya qoymuşduq. “Georgi lenti” də rəmzdir, ona görə də taxmışdım. Azərbaycan bayrağından uca bayraq yoxdur, o bizim hər zaman başımızın üstündədir. Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!” – S.Səmədov qeyd edib.

AzPost.az

Post navigation

Previous: Magistratura imtahanının nəticələri elan olunub
Next: Əmək kitabçası ilə bağlı MÜHÜM XƏBƏR

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.