“07” ildə piyadanı vurdu –5 il 6 ay HƏBS

Məhkəmə
Məhkəmə

Şəki Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Tərlan Nuhovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 05.03.2024-cü il tarixdə, saat 18:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Nuhov Tərlan Həsrət oğlu idarə etdiyi “VAZ-2107” minik markalı avtomobillə yolu keçmək istəyən piyada 1989-cu il təvəllüdlü Xəlilov Fərid Elburus oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.