Bakıda vətəndaşı xəbəri olmadan işə götürdülər

İşəgötürmə
İşəgötürmə

Bakıda maraqlı hadisə baş verib. Belə ki, şəxs özünün xəbəri olmadan şirkətlərdən birində anbardar işinə götürülüb.

Zərərçəkən şəxs 2025-ci ilin yanvar ayında işə düzəlmək məqsədi ilə müraciət edəndə məlum olub ki, cavabdeh MMC onu anbardar vəzifəsinə qəbul edib, Əmək və Məşğulluq altsisteminə qeydiyyata salıb. Halbuki, onun belə bir şirkətdən və ya belə bir işdən ümumiyyətlə xəbəri olmayıb, heç bir əmək müqaviləsi imzalamayıb. Zərərçəkənin hüquqları pozulub və hazırda başqalarının qanunsuz əməlləri nəticəsində o, heç bir işə girə bilmir.

Nəsimi rayon Məhkəməsi tərəfindən iddiaçı ilə cavabdeh MMC arasında 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərar çıxarılıb. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna həvalə edilib.

©modern.az

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.