Bərdə rayonu Gərənə kənd sakini Təyani Vəlizadə Azərişıq və Aztelekom-dan şikayətçidir.
AzPost xəbər verir ki, bu barədə vətəndaş öz sosial şəbəkə hesabında yazıb.
Bildirir ki, artıq uzun müddətdir kəndin ərazisində olan işıq və telefon dirəyi təhlükəli vəziyyət yaradıb. Belə ki, dirəklərdən biri çürüyüb, digəri isə aşma təhlükəsi ilə üz-üzədir.
Vətəndaş bununla bağlı müvafiq qurumlara müraciət etsə də hələ ki, bir nəticə verməyib.
Müraciətə cavablarda isə vətəndaş sadəcə yönləndirilir, yumşaq desək “yola verilir”.
Görünür ki, müvafiq qurumlar bədbəxt hadisənin baş verməsindən sonra əraziyə gəlməyi düşünürlər.