Maliyyə Nazirliyinin yerli bölmələri regional idarələrlə əvəz edilib.
Bu barədə Nazirlikdən bildirilib.
Yeni struktura əsasən, Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.
Regional maliyyə idarələri iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq yaradılıb. Məqsəd yerli bölmələrin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etməkdir.