Starexglobal-dan şikayət – “Bağlama da yoxdur, izahat da”

Starexglobal.az
Starexglobal.az

Vətəndaş Günel Əhmədzadə “Starexglobal.az” kargo şirkətinə qarşı sosial şəbəkələrdə növbəti dəfə narazılığını ifadə edib. O, Amazon platformasından sifariş verdiyi iki bağlamadan birinin ona çatdırıldığını, digərinin isə aylarla sistemdə “çeşidləmə” statusunda qaldığını bildirib.

AzPost bildirir ki, şikayətçinin sözlərinə görə, dəfələrlə şirkətə müraciət etməsinə baxmayaraq, yalnız “araşdırılır” və “gözləyin” cavabları alıb. Daha sonra bağlamanın statusu sistemdə “uğursuz çatdırılma” kimi qeyd olunub və əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.

Sosial mediada məsələnin ictimailəşdirilməsindən sonra müştəri ilə əlaqə saxlanılıb, kart məlumatları alınıb və problemin həll olunacağı bildirilib. Lakin bu mərhələdən sonra yenidən susqunluq yaranıb və vətəndaş artıq bir aydan çoxdur yenidən heç bir cavab yoxdur.

Starexglobal.az məsələ ilə bağlı sosial şəbəkədə yazılı açıqlama verib. Bildirilib ki, müraciət qeydə alınıb və yaxın müddətdə məbləğin kart hesabına əlavə olunması nəzərdə tutulur. Lakin alıcı bu vəddən sonra da geridönüş olmadığını qeyd edir.

Ekspertlərin fikrincə, belə hallarda istehlakçılar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən haqlıdırlar. Qanunun 15-ci maddəsinə görə, satıcı və ya xidmət göstərən, müştərinin ödəniş etdiyi malı və ya xidməti vaxtında təqdim etmədikdə, istehlakçı ödənişin tam şəkildə geri qaytarılmasını tələb etmək hüququna malikdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.