Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı

Orkhan Ali 25 May 2025 - 10:11 (Last updated: 25 May 2025 - 10:40)
1

“PİLOT-16” MMC-nin ekskavatorunu “molotov kokteyli” ilə yandıran şəxs məhkəmə zalında həbs edilib. Texnika sahibinə 210 min manat ziyan dəyib.

Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 55 ünvanında yerləşən və Məhbubə Əli qızı Quliyevanın adına olan mənzilin söküntüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.

Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə, tərəflər arasında məhkəmə çəkişməsi var.

Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.

Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.

Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək, “vurun onu” deyib. Bundan sonra həyətə keçərək, manqalda olan benzini götürüb üzərinə salfet bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.

Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib.

Musavat.com

AzPost.az

Post navigation

Previous: Mühafizəkarlar Boris Consonu siyasətə qayıtmağa çağırır –
Next: “Rusiya hipersəsli raketləri ABŞ-dan oğurlayıb”-

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.