Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın- KOMİTƏ SƏDRİ

Əhliman
Əhliman

Tibb işçilərinin yaş həddinin 65-dən 70 yaşa qaldırılması məsələsi ilə bağlı hamımıza müraciət edirlər.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

“Vaxtilə Milli Məclisdə yaş həddinin 65 olmasını hamımız qəbul etmişik. Səhiyyə Nazirliyindən də xahişimiz bundan ibarətdir ki, yaş həddi götürülsün. Bu, bölgələrdə həkim çatışmazlığının aradan qaldırılmasına kömək edəcək”, – deyə komitə sədri vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.