Raşin Sədullayev sosial şəbəkədə Özsüt – Bakının Molokan filialında qarşılaşdığı maraqlı vəziyyəti izləyiciləri ilə bölüşüb. O bildirib ki, menyuda 3 top dondurma göstərilsə də, sifariş masaya tək top olaraq gəlib.
AzPost xəbər verir ki, Sədullayev daha sonra kunefe sifariş etdiyini və əvvəlki kimi 2 nəfərlik böyük kunefe əvəzinə, artıq 2 ədəd balaca kunefe təqdim edildiyini qeyd edib. Onun sözlərinə görə, ofisiant menyuda dəyişiklik olduğunu bildirib.
Paylaşım sosial mediada maraqla qarşılanıb. İzləyicilər restoran və kafe menyularındakı dəyişikliklər və porsiya məsələlərinə diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb.