Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Bu maşınlar kəskin bahalaşacaq

Orkhan Ali 05 İyun 2025 - 15:22 (Last updated: 05 İyun 2025 - 14:51)
Avtomobil bazarı

Avtomobil bazarı

Çin bəzi nadir metalların ixracına məhdudiyyət qoyub. Bu metallar avtomobillərin istehsalında vacib rol oynayır. Avropa və Asiya ölkələrinin avtomobil zavodları çətin vəziyyətə düşüb. Bu, maşınların istehsalının dayanmasına və qiymətlərin artmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, alman və yapon maşınları bahalaşa, çin avtomobilləri isə ucuzlaşa bilər. Bəzi modellərin istehsalı isə tamamilə dayandırıla bilər, necə ki, ilk qurban “Suzuki”nin “SWIFT” modeli oldu.

Çin avtomobil, müdafiə və enerji sahələrində istifadə olunan bəzi nadir metalların ixracını məhdudlaşdırıb. Bu qərar ABŞ-nin Çin mallarına əlavə gömrük rüsumu tətbiq etməsinə cavab olaraq verilib. Nadir metallar elektrikli və adi avtomobillərin vacib hissələrinin istehsalında istifadə olunur. Çin isə bu metalların dünyadakı ən böyük istehsalçısıdır – təxminən 60%-ni təkbaşına təmin edir.

Avropanın avtomobil istehsalçıları artıq bəzi zavodları bağlayıb. Zavodların ehtiyat hissələri tükəndikcə daha çox bağlanmalar gözlənilir. Almaniyanın avtomobil sənayesi bu vəziyyətə görə ciddi narahatlıq keçirir və istehsalın tamamilə dayanma riski olduğunu bildirir. Onların sözlərinə görə, Çin bəzi şirkətlərə ixrac üçün lisenziya versə də, bu kifayət deyil. Üstəlik, lisenziya verilən malların gömrükdən çıxarılması da çox gecikir.

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq. Bu da qiymətlərin qalxmasına səbəb olacaq. Belə bir hal pandemiya dövründə də yaşanmışdı – yeni maşınlar az idi, insanlar ikinci əl maşınlara üz tutmuşdu və qiymətlər kəskin artmışdı.

BMW bildirir ki, onların da bəzi tədarükçüləri bu vəziyyətdən təsirlənib. Mercedes-Benz isə nadir metalların istifadəsini azaltmaq üçün yeni yollar axtarır. Onlar gələcəkdə bu metallardan imtina etmək istədiklərini deyirlər. Volkswagen hələlik ciddi problem yaşamadığını və tədarükün sabit olduğunu açıqlayıb.

Yaponiyanın Nissan şirkəti də bu məsələdən narahatdır və hökumətlə birlikdə alternativ yollar axtarır. Suzuki şirkəti isə artıq bəzi modellərin – məsələn, Swift avtomobilinin istehsalını müvəqqəti dayandırıb.

Əgər Çin bu məhdudiyyətləri davam etdirsə, dünyada avtomobil istehsalı ciddi şəkildə azalacaq. Bu da qiymətlərin qalxmasına və alıcılar üçün daha çətin vəziyyətin yaranmasına səbəb olacaq. Şirkətlər isə çıxış yolu kimi ya alternativ tədarükçü tapmalı, ya da yeni texnologiyalar hazırlamalıdır.

AzPost.az

Post navigation

Previous: Paşinyan Ərdoğanla danışdı, Qurban bayramını təbrik etdi
Next: Bakı, Sumqayıt və Abşeronda pensiyalar vaxtından əvvəl ödənilib

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.