KİV: İsrail aviasiyası Təbriz aeroportunu bombalayıb

İsrail hazırda İranın Şiraz şəhərinə zərbələr endirir. Bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı Şirazda raket istehsalı zavoduna zərbələr endirir.

Məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı “Nour News” da təsdiqləyib.

İsrail aviasiyası Təbriz hava limanına zərbələr endirib. Təbrizin “Şekari” Hava Hücumundan Müdafiə Qərargahına zərbələr endirib.

Bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, Təbriz Hava Limanı ətrafında partlayışlar baş verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.