Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçib

Orkhan Ali 16 İyun 2025 - 12:14 (Last updated: 16 İyun 2025 - 11:11)
1282746_(3) (1)

İranın son günlərdə İsrailə qarşı həyata keçirdiyi raket hücumları zamanı istifadə etdiyi silahlardan biri – “Haj Qassem” adlı orta mənzilli ballistik raket beynəlxalq diqqəti üzərinə cəmləyib.

AzPost xəbər verir ki, bu raketin istər texniki imkanları, istərsə də real döyüş şəraitində tətbiqi, İsrailin hava hücumundan müdafiə sistemləri, o cümlədən məşhur “Iron Dome” (Dəmir Qübbə) sisteminin effektivliyi ilə bağlı ciddi suallar yaradıb.

İlk dəfə 2020-ci ildə təqdim edilən “Haj Qassem” raketi, adını ABŞ tərəfindən eyni ildə öldürülmüş general Qasım Süleymanidən alıb. İran hərbi mənbələrinin açıqlamalarına görə, bu raketin əsas təyinatı THAAD və Patriot kimi inkişaf etmiş hava hücumundan müdafiə sistemlərini keçmək və onlardan yayınmaq olub. O dövrdə bir çox Qərb analitikləri bu iddiaları təbliğat xarakterli sayırdılar. Lakin son qarşıdurmalar bunun əksini göstərib.

Məlum olub ki, “Haj Qassem” raketi müəyyən hallarda İsrailin hava müdafiə sistemlərini aşaraq hədəflərə zərbə endirməyə nail olub. Bu raket yüksək manevr qabiliyyətinə malikdir, 500 kiloqramadək partlayıcı başlıq daşıyır və 1 400 kilometrə qədər mənzilə malikdir. O, GPS-ə bağlı olmadan hədəfini tapmaq üçün optik və infraqırmızı terminal bələdçilik sistemindən istifadə edir ki, bu da onu elektron müharibə şəraitində daha da təsirli silaha çevirir.

Beynəlxalq hərbi analitiklərin qiymətləndirməsinə görə, “Haj Qassem”in döyüş meydanında uğurla sınaqdan çıxması İranın raket texnologiyalarındakı irəliləyişini sübut edir və bölgədə strateji balansı dəyişdirə bilər. Bununla yanaşı, bu fakt İsrailin mövcud hava müdafiə sistemlərinin gələcəkdə daha inkişaf etmiş təhlükələrlə üzləşəcəyini və müdafiə konsepsiyasını yenidən nəzərdən keçirməli olacağını göstərir.  /Musavat.com

AzPost.az

Post navigation

Previous: Bu çaydan sel keçir
Next: ABŞ Asiyadakı təyyarədaşıyan gəmini Yaxın Şərq sularına göndərib

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə...
Read more about Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.