Tanınmış jurnalistə yüksək vəzifə verildi

Bəhruz Nəzərov
Bəhruz Nəzərov

Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub.

AzPost “Teleqraf”a istinadən xəbər verir ki, bu vəzifəyə əməkdar jurnalist Bəhruz Nəzərov təyinat alıb.

O, indiyədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri işləyib.

Qeyd edək ki, “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs 2024-cü il iyulun 11-də yaradılıb. Qurumun əvvəlki rəhbəri Tağı Tağızadə idi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.