Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Kapital Bankın kuryer problemi

Orkhan Ali 18 İyun 2025 - 10:30 (Last updated: 18 İyun 2025 - 10:26)
Kapital Bank

Kapital Bank

Kapital Bankın xidmət keyfiyyəti ilə bağlı daha bir narazılıq sosial şəbəkələrdə geniş müzakirə doğurub.
AzPost xəbər verir ki, Elçin Zodorov adlı müştəri 80 manatlıq “Miles” kart sifariş etdikdən sonra bankın verdiyi vədi yerinə yetirmədiyini bildirib.

Zodorovun sözlərinə görə, sifariş zamanı kartın çatdırılmasını xüsusi olaraq seçib, çünki iş saatlarında banka getməsi mümkün olmayıb. Lakin çatdırılma günü bankdan ona mesaj göndərilərək bildirilib ki, kart çatdırıla bilmir və bir həftə sonra müəyyən filialdan gəlib götürməsi lazımdır.

“Axı mən sırf çatdırılma üçün bu kartı seçmişdim. Siz söz vermisiniz ki, kart ünvanıma çatdırılacaq,” – deyə vətəndaş qeyd edib. Müştəri bank operatorları ilə əlaqə saxladığını, lakin onların yalnız “mümkün deyil” cavabını verdiyini bildirib.

Ən maraqlısı isə səbəb kimi “kuryerdə problem olub” deyilməsidir. “Bax, axı bu mənim problemim deyil. Olubsa, həll edin. Belə çıxır ki, mən də sabah kredit götürüb ödəniş etməyəndə ‘problem oldu’ deyə bilərəm?” – deyə narazılığını ifadə edib.

Kapital Bankın rəsmi “Birbank” səhifəsi isə yalnız şəxsi məlumatların mesaj vasitəsilə göndərilməsini istəyib və konkret izahat verməyib.

Sosial şəbəkə istifadəçiləri isə hadisəyə ironik yanaşıblar. Bəziləri Kapital Bankın “bircə kuryerlə işlədiyini” deyərək istehza edib, digərləri isə hadisəni “dönər sifarişinə bənzədərək” belə bir xidmət səviyyəsinə malik banka güvənməyin risklərini vurğulayıblar.

Ekspertlər hesab edir ki, bank kimi qurumların “çatdırılma xidməti” təklif edərək bu xidməti yerinə yetirməməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Əgər müştəri bu xidmətə görə əlavə ödəniş edibsə, bu artıq müqavilə pozuntusudur.

AzPost.az

Post navigation

Previous: “İsrail və İran arasında döyüş bir neçə həftə davam edəcək”
Next: İsrail Tehranda hərbi universiteti vurub

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.