Ceyhun Bayramov Lavrovla danışdı, İran böhranı müzakirə olundu

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.

AzPost bildirir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.

Lavrov İrandan qayıdan Rusiya vətəndaşlarına göstərdikləri köməyə və diqqətə görə cEYHUN bAYRAMOVA səmimi təşəkkürünü bildirib. Moskva çətin vəziyyətdə qalan ruslara müttəfiqlərin yanaşmasını yüksək qiymətləndirib.

Nazirlər ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini, o cümlədən Yaxın Şərq və Cənubi Qafqaz regionunda vəziyyəti müzakirə ediblər.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.