Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

DİQQƏT! Uşaqlar arasında yayılan KOKSAKİ VİRUSU – HƏKİMDƏN ÇAĞIRIŞ

Orkhan Ali 21 İyun 2025 - 11:40 (Last updated: 21 İyun 2025 - 11:40)
koksaki

Tanınmış pediatr Məhsəti Nəcəfova azyaşlılar, xüsusilə, bağçalarda uşaqlar arasında yayılan koksaki virusu barədə valideynlərin narahatlığına aydınlıq gətirib.

Bu barədə Pravda.az-ın suallarını cavablandıran həkim deyib ki, koksaki virusu enteroviruslar ailəsinə aid olan bir virusdur və daha çox iki növü ilə müşahidə olunur.

“”Koksaki A” növü ən çox əl, ayaq, ağız səpkiləri ilə keçir. “Koksaki B” isə daxili orqanları, xüsusən, ürək və beyin qişalarını zədələyə bilər. Bu virus hava damcı yolu, kontakt, məişətdə pis gigiyenik şəraitdə yayıla bilir. Koksaki 0-10 yaş arası uşaqlarda əsasən yaz-yay aylarında müşahidə olunur. Bəzən yüngül keçsə də, ağırlaşma halları da özünü göstərir. Böyüklər nadirən bu virusa yoluxurlar. Virusun A formasında əldə ovucun içi, barmaq arası nahiyələrdə, ayaq altında, ağzın ətrafında, əsnəkdə qovuqcuqlu səpkilər, qızdırma və yorğunluq müşahidə olunur. Səpkilər adətən içərisi mayeli qovuqcuqlar şəklində və ağrılı olur. Bəzən ilk başlayanda qırmızı nöqtələr şəklində, sonra mayeli qovuqcuğa, vezikulaya keçir. Bəzən qopmuş qovuqcuğun yerində xoralar əmələ gəlir, 5-7 gün ərzində heç bir müdaxilə edilmədən özü sağalır. Virus 38-39 dərəcə hərarətlə də müşahidə oluna bilir. Virusun B formasında isə qızdırma, döş qəfəsində ağrılar, bəzən perikardit, miokardit verə bilər. Həmçinin baş ağrıları, qusma və s. Bəzən beyin qişaları iltihablana bilir. Virus mənşəli meningit əmələ gəlir. Xəstəliyin diaqnozu kliniki əlamətlərə və laborator diaqnostikaya əsasən qoyulur. Bir sıra xəstəliklərlə, məsələn, herpes stomatiti, herpangina, su çiçəyi, məxmərək, qızılca və s., differensial diaqnostika aparılır”.

Həkim bildirib ki, koksakinin müalicəsi simptomatikdir:

“Bu xəstəliyə qarşı xüsusi peyvənd yoxdur. Koksakiyə yoluxmamaq üçün belə xəstələrlə təmasdan qorunmaq, gigiyena qaydalarına xüsusi diqqət etmək, oyuncaqları və uşaqların çox istifadə etdikləri əşyaları dezinfeksiya etmək, əhalinin sıx olduğu yerlərdən uzaq durmaq lazımdır. Ağız boşluğu tez- tez yaxalanmalıdır. Bol maye qəbulunu, normal yuxu rejimini təmin etmək lazımdır. İstənilən halda pediatr və infeksionist həkimlə məsləhətləşmək lazımdır. Dediyimiz kimi, nadirən də olsa, bu virus ağırlaşmalar verə bildiyi üçün valideynlər xəstəlik zamanı diqqətli olmalıdırlar. Unutmayaq ki, xəstəlik dövründə itirilmiş məqam qazanılmış ağırlaşma deməkdir”.

 

AzPost.az

Post navigation

Previous: Saxta sənədlərlə şirkət əməkdaşlarının adına kredit götürən şəxslə bağlı QƏRAR
Next: Məktəbəqədər qruplara qəbul başladı

Oxşar xəbərlər

eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12

xƏBƏR

pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə...
Read more about Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.