Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hacıqabulda hüquqi dəstəyə ehtiyacı olan qadınlarla görüş keçirilib

User 21 İyun 2025 - 13:01 (Last updated: 21 İyun 2025 - 13:01)
h03

Hacıqabul rayonunda hüquqi dəstəyə ehtiyacı olan qadınlarla görüş keçirilib.

Görüş qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin icra etdiyi “Qadınların hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində baş tutub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzidə keçirilən görüş zamanı 9 nəfər qəbul edilib.
Tədbirdə çıxış edən təşkilatın sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. 3 ay davam edəcək layihə Hacıqabul, Salyan və Biləsuvar rayonlarının ərazisini əhatə edir. Layihənin məqsədi məişət zorakılığından əziyyət çəkən, övladını təkbaşına böyüdən, aliment asılılığında yaşayan və digər hüquqi müdafiəyə ehtiyacı olan qadınlara hüquqi konsultasiya xidməti göstərib hüquqlarını qorunmaqla sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək verməkdir.
Daha sonra layihənin hüquqşünası, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov müraciət edən Hacıqabul rayon sakinlərini qəbul edib. Müraciətlər əsasən alimentin artırılması, aliment ödənilməməsi, nikahın pozulmasından sonra əmlak və qızıl-zinət əşyaların tələbi ilə bağlı olub. Vətəndaşların müraciətləri əsasında onlara hüquqları izah edilib və müraciətləri ilə bağlı müvafiq qeydlər götürülüb. Hüquqi konsultasiya xidməti göstərilən şəxslərin sənədləri hazırlanaraq yaxın günlərdə vətəndaşlara çatdırılacaq. Hazırlanan müraciətlər həmin şəxslər tərəfindən imzalandıqdan sonra aidiyyatı qurumlara göndəriləcək.

 

AzPost.az

Post navigation

Previous: Sabaha qəribə hava olacaq
Next: Mədəniyyət Nazirliyinin tenderləri

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.