Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Hörmüz boğazı böhranı: Trampın hücumuna İranın cavabı nə olacaq?

Orkhan Ali 23 İyun 2025 - 09:00 (Last updated: 23 İyun 2025 - 09:20)
Hörmüz boğazı

Hörmüz boğazı

Yaxın Şərqdə gərginlik pik həddə çatıb. AzPost xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranın üç nüvə obyektinə zərbə endirməsi bölgədə genişmiqyaslı qarşıdurma təhlükəsini artırıb. Hazırda dünya İranın hansı cavab addımı atacağını gözləyir.

Beynəlxalq analitiklərin fikrincə, Tehranın ən güclü cavab variantlarından biri Hörmüz boğazını bağlamaqdır. Qeyd edək ki, dünya üzrə hər gün ixrac edilən neftin beşdə biri — təxminən 20 milyon barel məhz bu boğazdan keçir.

The Guardian yazır ki, İran dəfələrlə boğazı bağlamaqla hədələsə də, indiyədək bu addımı atmayıb. Lakin ABŞ və İsrailin hücumları fonunda bu dəfə vəziyyət fərqli ola bilər. Belə bir addım dünya enerji bazarına dərhal təsir edərək neft qiymətlərinin sürətlə bahalaşmasına səbəb ola bilər.

Bununla yanaşı, ekspertlər bildirirlər ki, bu, İran üçün də iqtisadi intihar sayıla bilər. Çünki İran özü də neft ixracını bu marşrutla həyata keçirir. Boğazın bağlanması həmçinin Çin kimi əsas neft alıcılarına ciddi zərbə vura və bölgədə yeni müharibə riskini yüksəldə bilər.

ABŞ dövlət katibi Marko Rubio artıq Çini bu məsələdə vasitəçi olmağa çağırıb. O, Fox News-a açıqlamasında bildirib: “Çin bu addımın atılmasına imkan verməməlidir. Əks halda bu, region və dünya üçün fəlakət olacaq”.

İranın Press TV telekanalı isə parlamentin Hörmüz boğazının bağlanması ilə bağlı tədbirləri təsdiqlədiyini, son qərarın isə ölkə rəhbərliyinə aid olduğunu açıqlayıb.

Bundan əvvəl İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Trampın hücum qərarının “əbədi nəticələr doğuracağını” bildirib. Ali dini lider Ayətullah Əli Xamenei isə ABŞ-ı və İsraili “ciddi səhv”də ittiham edərək, onların cavabsız qalmayacağını vurğulayıb.

AzPost.az

Post navigation

Previous: “Grand Mart”da dava: satış meneceri həmkarını bıçaqladı
Next: Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub

Oxşar xəbərlər

Vuçiç
  • Dünya

Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib

User 26 Oktyabr 2026 - 09:18
husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24

xƏBƏR

Vuçiç
  • Dünya

Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib

User 26 Oktyabr 2026 - 09:18
Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç ölkədə keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin qalib gəldiyini etiraf edib. Vuçiç bu...
Read more about Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16
Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.