Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Erkən yatanların səhər fiziki aktivliyi artır –

User 03 İyul 2025 - 08:55 (Last updated: 03 İyul 2025 - 08:55)
Yatmaq

Yatmaq

Avstraliyanın Monaş Universitetinin rəhbərliyi altında həyata keçirilən yeni tədqiqat yuxu vaxtının fiziki fəaliyyət səviyyələri ilə əhəmiyyətli şəkildə əlaqəli olduğunu ortaya qoyub.

AZƏRTAC xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunan araşdırma daha erkən yatmağın ertəsi gün orta və yüksək intensivlikli fiziki fəaliyyətin artması ilə əlaqəli ola biləcəyini göstərir.

Araşdırma çərçivəsində təxminən 20 min iştirakçı bir il ərzində “WHOOP” adlı biometrik cihaz taxaraq ümumilikdə altı milyon gecəyə dair yuxu və fiziki fəaliyyət məlumatları toplanıb. Cihaz vasitəsilə əldə olunan obyektiv göstəricilər həm yuxu müddəti, həm də fiziki aktivlik səviyyələrinə dair geniş məlumat təqdim edib.

Tədqiqat nəticələri göstərib ki, daha erkən yatağa gedən iştirakçılar daha yüksək fiziki fəaliyyətlə məşğul olurlar. Məsələn, axşam saat 21:00 radələrində yatan şəxslər gecə saat 1:00-dək oyaq qalanlarla müqayisədə gündəlik orta və ya yüksək intensivlikli fiziki fəaliyyətə təqribən 30 dəqiqə daha çox vaxt ayırırlar. Hətta gecə saat 23:00-da (nümunənin orta yuxu vaxtı) yatanlarla müqayisədə belə, 21:00-da yatan şəxslər gündəlik əlavə 15 dəqiqə fiziki aktivlik nümayiş etdirirlər.

Monaş Universitetinin Psixoloji Elmlər Məktəbindən baş tədqiqatçı doktor Joş Leota bildirib ki, bu nəticələr gec yatmağa meyilli şəxslərin standart iş qrafikləri ilə uyğunlaşmaqda çətinlik çəkdiyini göstərir: “9-dan 5-ə qədər olan tipik iş rejimləri, axşam tipli insanların təbii yuxu ritmləri ilə ziddiyyət təşkil edə bilər. Bu da yuxu keyfiyyətinin pisləşməsi və gündüz yuxululuğunun artması ilə nəticələnir. Sözügedən amillər ertəsi gün fiziki aktivlik üçün motivasiyanın və imkanın azalmasına səbəb ola bilər”, – deyə dr. Leota vurğulayıb.

Əlavə qiymətləndirmə isə ABŞ-da “Hamımız tədqiqat proqramı” çərçivəsində 6 min nəfərlik nümunə üzərində aparılıb. Bu analiz əsas nəticələri təsdiqləyərək fərqli populyasiyalar arasında da bu əlaqələrin keçərli olduğunu göstərib.

Digər əsas müəllif Eliz Feyserə görə yuxu müddətini sabit saxlamaqla yanaşı, daha erkən yatmaq ertəsi gün fiziki aktivlik ehtimalını artırır.

Tədqiqatçılar bu məlumatların ictimai sağlamlıq kampaniyaları üçün vacib nəticələr daşıdığını və yuxu ilə fiziki fəaliyyətin birgə təşviq olunmasının daha effektiv nəticələr verə biləcəyini vurğulayıblar.

AzPost.az

Post navigation

Previous: İsrail İranla bağlı Rusiya ilə gizli danışıqlar aparır
Next: Naməlum səma cismi Günəş sisteminə daxil olub

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.