Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT layihə ilə bağlı iyun ayı üzrə hesabatını açıqlayıb

User 07 İyul 2025 - 11:40 (Last updated: 07 İyul 2025 - 11:50)
qht01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnsan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində iyun ayı ərzində bir sıra mühüm fəaliyyətlər həyata keçirilmişdir.

Layihənin tanıdılması və ictimaiyyətin məlumatlandırılması məqsədilə müxtəlif informasiya kanalları vasitəsilə məlumatlar paylaşılmış, ictimai yerlərdə, o cümlədən Gənclər Evi, Heydər Əliyev Mərkəzi, şəhər kitabxanası və İB-nin ofisində görüşlər və təqdimatlar təşkil olunmuşdur. Eyni zamanda, əlaqə nömrələri qeyd olunmuş broşur və bukletlər paylanaraq əhali arasında maarifləndirmə işi aparılmışdır.

İyun ayı ərzində benefisiarlara hüquqi və psixoloji dəstək xidmətləri təqdim olunmuşdur. Hüquqi yardım üçün 39 nəfər müraciət etmiş, onların müraciətləri aşağıdakı istiqamətləri əhatə etmişdir:

  • Mülkiyyət hüququ ilə bağlı – 7 nəfər
  • Sənədlərin bərpası – 4 nəfər
  • Boşanma məsələləri – 10 nəfər
  • Alimentin təyini – 14 nəfər
  • Uşaqla bağlı mübahisələr – 4 nəfər

Bu hüquqi məsələlərin həlli istiqamətində müxtəlif instansiyalara ümumilikdə 29 rəsmi məktub ünvanlanmışdır.

Bununla yanaşı, 01.06.2025–30.06.2025 tarixlərini əhatə edən dövrdə psixoloq tərəfindən 10 nəfərə psixoloji dəstək göstərilmişdir. Psixoloji yardım alan şəxslərin müraciətləri aşağıdakı kimi qruplaşdırılmışdır:

  • Fiziki zorakılıqla bağlı – 5 nəfər
  • Cinsi zorakılıqla bağlı – 2 nəfər
  • Psixoloji zorakılıqla bağlı – 3 nəfər

Qeyd olunmalıdır ki, bir çox müraciət edən şəxslərdə bu zorakılıq növlərinin bir neçəsi eyni anda müşahidə olunmuşdur. Psixoloji seanslar davamlı şəkildə aparılmış və pozitiv nəticələr əldə edilmişdir. Müraciət edən şəxslərin ailə münasibətlərində irəliləyişlər olmuş, tərəflər arasında anlaşma mühiti yaradılmış və ailədaxili bağlar möhkəmləndirilmişdir.

Layihə çərçivəsində görülən işlər davamlı xarakter daşıyır və növbəti aylarda da zəruri dəstək xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

AzPost.az

Post navigation

Previous: TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib
Next: Turist avtobusu aşıb: altı nəfər xəsarət alıb

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.