Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Uşaq nikahlarının ən çox yayıldığı ölkələr –

User 10 İyul 2025 - 08:31 (Last updated: 10 İyul 2025 - 08:31)
erken nikah

“Save the Children” (Uşaqları xilas edin) təşkilatı dünyada hər beş uşaqdan birinin məruz qaldığı erkən nikahların fəsadları barədə məlumatlılığı artırmaq məqsədilə “Evlilik oyun deyil” adlı kampaniyaya start verib.

BMT-nin məlumatına görə, hər il dünyada 12 milyon qız uşağı 18 yaşına çatmamış evliliyə məcbur edilir, onlardan 2 milyonu isə hətta 15 yaşından əvvəl ərə verilir. Bu problem dünya üzrə hər beş qızdan birinə təsir göstərir.

“Save the Children” uşaq nikahlarını “gender zorakılığının ən dağıdıcı formalarından biri” adlandırıb. “Bu təcrübə uşaqları uşaqlıqlarından məhrum edir, onların təhsilinə mane olur, zorakılığa məruz qoyur və erkən hamiləliyə sürükləyir ki, onların sağlamlıqları və rifahları üçün ciddi risklər yaradır”, – deyə təşkilatın kommunikasiya üzrə direktoru Alisiya Moreno bildirib.

Təşkilatın hesablamalarına görə, indiyə qədər uşaq nikahlarının azaldılması sahəsində əldə olunan irəliləyişə baxmayaraq, problemin tam aradan qaldırılması üçün hələ 300 il lazım olacaq. Uşaq nikahlarının sayının azalmasında ən böyük irəliləyiş Cənubi Asiyada müşahidə olunub, lakin ən çox hal da məhz burada baş verir. 18 yaşına çatmamış ərə verilən qız və qadınların təxminən 45%-i burada yaşayır, onların üçdə biri isə Hindistanın payına düşür.

Qərbi və Mərkəzi Afrikada, eləcə də Latın Amerikası və Karib hövzəsində uşaq nikahlarının yayılması dünya üzrə orta göstəricidən yüksək olaraq qalır və müvafiq olaraq 33% və 23% təşkil edir.

Son illər gender zorakılığının aradan qaldırılması istiqamətində əldə edilən irəliləyiş ciddi təhlükə altına düşüb. Yoxsulluğun artması, silahlı münaqişələr və iqlim böhranı milyonlarla qız uşağını daha həssas vəziyyətə salır. Üstəlik, böhran dövrlərində gender zorakılığı artır, ailələr qızlarını məktəbə göndərməkdən imtina edir və ya onları evləndirməyə üstünlük verirlər.

“Save the Children” təşkilatının 2023-cü il üçün hazırladığı “Qızlar” hesabatında qeyd olunur ki, qız uşaqlarının evliliyə məcbur edilmə hallarının təxminən üçdə ikisi yüksək iqlim riski olan regionlarda – Cənubi Sudan, Burkina-Faso, Efiopiya, Banqladeş, Mali, Malavi və digər ölkələrdə baş verir. Sel, quraqlıq kimi ekstremal hava hadisələri məhsuldarlığın azalmasına və ailələrin gəlirinin azalmasına səbəb olur. Nəticədə, ailələr iqtisadi çətinliklərdən çıxış yolu kimi qızlarını ərə verməyə qərar verirlər.

BMT-nin hesabatına əsasən, uşaq nikahlarının ən çox yayıldığı ölkə 76% göstərici ilə Nigeriyadır. Sonrakı yerlərdə isə Mərkəzi Afrika Respublikası və Çad gəlir. Hər iki ölkədə bu göstərici 61 faizdir. Məktəblərin bağlanması da qız uşaqları arasında məcburi nikah riskini artırır.

“Uşaqlıq sadəcə bir səhnə deyil. Bu, gülə bildiyin, qaça bildiyin və hər şeydən əvvəl oynaya bildiyin bir məkandır. Qız uşağı burada özünü azad, təhlükəsiz və canlı hiss edir. Amma bəzən oyun bitir. Oyunla bərabər başqa şeylər də dayanır: onun gülüşü, səsi və uşaqlığı”, – deyə Moreno bildirib.

AzPost.az

Post navigation

Previous: Rusiya ordusu PUA və raketlərlə Ukraynaya hücum edib
Next: Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər

aynur elgunes
  • Sosial

Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

User 13 Noyabr 2026 - 18:08
market
  • Sosial

Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar

User 13 Noyabr 2026 - 17:59
herbci ermeni esir
  • Sosial

Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin istintaqı başa çatdı

User 13 Noyabr 2026 - 17:20

xƏBƏR

aynur elgunes
  • Sosial

Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

User 13 Noyabr 2026 - 18:08
“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub. Vəkil Elçin Sadıqov APA-ya bildirib ki,...
Read more about Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub
Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar market
  • Sosial

Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar

User 13 Noyabr 2026 - 17:59
Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı kabab qadın esas
  • Maraqlı

Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 17:44
Azərbaycanın da təsisçisi olduğu Sülh Şurası Qəzza ilə bağlı yeni plan hazırladı tramp sülh surasi imza
  • Dünya

Azərbaycanın da təsisçisi olduğu Sülh Şurası Qəzza ilə bağlı yeni plan hazırladı

User 13 Noyabr 2026 - 17:30
İki bürc üçün zənginlik dövrü başlayır – Pul və uğur onları gözləyir burcler
  • Maraqlı

İki bürc üçün zənginlik dövrü başlayır – Pul və uğur onları gözləyir

User 13 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.