Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar

User 13 Noyabr 2026 - 17:59
market

Bakıda marketdən 1492 manat pulu oğurlayaraq qaçan məktəbli cinayət məsuliyyətinə cəlb edilib.

Azpost.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Rahat” supermarketdə baş verib.

2010-cu il təvəllüdlü, tam eşitmə məhdudiyyətli, Xəzər rayonundakı internat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi S.Səməndərov (şərti soyadlı) gizli yolla marketin müdirinin otağına daxil olaraq oradan 1492 manat pulu götürüb. O, supermarketi tərk etdikdən sonra həmin pulla özünə dönər alıb və digər yerlərdə xərcləyib.

Marketin rəhbərliyi hadisə anını əks etdirən görüntüləri polisə təqdim edib. Keçirilən tədbirlərlə məktəbli oğlan saxlanılıb. Onun üzərindən 62 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iş başlanılıb. İşin materialları Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə marketin nümayəndəsi S.Səməndərovdan şikayətçi olmadıqlarını bildiriblər. Onlar məktəblinin ailə vəziyyətini və sağlamlıq imkanlarını nəzərə alaraq barışıqla bağlı sənəd təqdim ediblər. Həmçinin vurulmuş zərərin ödənilməməsi də qeyd edilib.

Məhkəmənin hökmü ilə 16 yaşlı S.Səməndərova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və yaşadığı ərazini tərk etməməsi ilə bağlı üzərinə vəzifələr qoyulub.

AzPost.az

Post navigation

Previous: Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı
Next: Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

Oxşar xəbərlər

aynur elgunes
  • Sosial

Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

User 13 Noyabr 2026 - 18:08
herbci ermeni esir
  • Sosial

Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin istintaqı başa çatdı

User 13 Noyabr 2026 - 17:20
yasil enerji esas
  • Sosial

Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL

User 13 Noyabr 2026 - 16:33

xƏBƏR

aynur elgunes
  • Sosial

Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

User 13 Noyabr 2026 - 18:08
“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub. Vəkil Elçin Sadıqov APA-ya bildirib ki,...
Read more about Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub
Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar market
  • Sosial

Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar

User 13 Noyabr 2026 - 17:59
Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı kabab qadın esas
  • Maraqlı

Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 17:44
Azərbaycanın da təsisçisi olduğu Sülh Şurası Qəzza ilə bağlı yeni plan hazırladı tramp sülh surasi imza
  • Dünya

Azərbaycanın da təsisçisi olduğu Sülh Şurası Qəzza ilə bağlı yeni plan hazırladı

User 13 Noyabr 2026 - 17:30
İki bürc üçün zənginlik dövrü başlayır – Pul və uğur onları gözləyir burcler
  • Maraqlı

İki bürc üçün zənginlik dövrü başlayır – Pul və uğur onları gözləyir

User 13 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.