Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Kainatda ən böyük qara dəlik birləşməsi qeydə alınıb

Orkhan Ali 15 İyul 2025 - 15:46 (Last updated: 15 İyul 2025 - 15:22)
Screenshot_20250715_150523

Alimlər Yer kürəsindən 10 milyard işıq ili uzaqlıqda indiyə qədər qeydə alınmış ən iri qara dəliklərin birləşməsini aşkarlayıblar.

AzPost xəbər verir ki, hadisə beynəlxalq səviyyəli LIGO layihəsinin qravitasiya dalğalarını qeydə alan ultra həssas cihazları vasitəsilə müəyyən edilib. Bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Tədqiqatda iştirak edən Kardiff Universitetinin Qravitasiya Tədqiqatları İnstitutunun rəhbəri Mark Hannam bildirib ki, bu cür birləşmələr Kainatda müşahidə oluna bilən ən güclü fiziki hadisələrdir, lakin onların siqnalları Yerə çatdıqda ən zəif siqnallardan biri kimi qəbul olunur.

Qeyd edilən iki qara dəlikdən biri Günəşdən 103 dəfə, digəri isə 137 dəfə daha ağırdır. Bu da onların indiyədək qeydə alınmış ən kütləvi qara dəliklər olduğunu göstərir. Üstəlik, hər iki obyekt bir-birinin ətrafında Yerin Günəş ətrafında fırlanmasından 400 min dəfə daha sürətli hərəkət edib. Alimlər bildirirlər ki, bu sürət nəzəri baxımdan belə obyektlər üçün mümkün olan maksimum dövri hərəkət hesab olunur.

Alimlərin fikrincə, bu qədər böyük kütləyə malik qara dəliklər, ehtimal ki, əvvəllər daha kiçik qara dəliklərin birləşməsi nəticəsində formalaşıb. Bu isə Kainatda çoxpilləli birləşmə mexanizmlərinin mövcudluğunu göstərir.

Mütəxəssislər ümid edirlər ki, qarşıdakı 10–15 il ərzində rəsədxanalarda istifadə olunacaq yeni texnologiyalar gözlənilməz kəşflərə yol aça bilər. Mark Hannam qeyd edib ki, bu sahədə elmi-texniki baza inkişaf etdikcə daha böyük birləşmələrin də qeydə alınması mümkündür.

Qeyd edək ki, LIGO layihəsi 1992-ci ildə fəaliyyətə başlayıb və bu günə qədər ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin və Hindistan da daxil olmaqla 20-dən çox ölkənin təmsil olunduğu 40-dan çox institut və 1500-ə yaxın alim layihədə iştirak edir. Layihənin əsas məqsədi Kainatda baş verən qravitasiya dalğalarının təcrübə yolu ilə qeydə alınmasıdır.

AzPost.az

Post navigation

Previous: Ermənistandan göndərilən konyakların 85 faizi saxtadır –
Next: Gürcüstan və Türkiyədə 13 dövlətin qatıldığı hərbi təlim başlanır –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.