TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
21 İyul 2025 - 15:11
TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi hemofiliya xəstəliyi üzrə tədbirlər proqramı çərçivəsində dərman vasitələri alır.
Pravda.az-ın xəbərinə görə, dərman vasitələrinə 702 505 AZN xərclənəcək.
Qurum və satışı həyata keçirəcək “Avromed Company” QSC arasında müqavilə bağlanıb.
Qeyd: QSC-nin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir.