Ukrayna nümayəndə heyəti Ərdoğanla görüşüb –FOTO

Ukrayna nümayəndə heyəti Ərdoğanla Putin, Zelenski, Tramp və Türkiyə lideri arasında görüşün zəruriliyini müzakirə edib.

AzPost bildirir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib. Onun sözlərinə görə, Ərdoğanla görüşdə Təhlükəsizlik Şurasının katibi Rüstəm Umarovun başçılıq etdiyi Ukrayna nümayəndə heyəti iştirak edib.

“Müharibəyə son qoymaq üçün real danışıqlara keçmək üçün dövlət liderləri – Prezident Vladimir Zelenski, ABŞ və Türkiyə liderləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan, habelə Rusiya Prezidenti Putin səviyyəsində görüşün zəruriliyindən danışdıq”, – Yermakın bəyanatında deyilir.

Tərəflər həmçinin sülh prosesinin dinamikasını müzakirə ediblər.
“Rusiya ilə müharibə boyu Ukraynaya davamlı siyasi və müdafiə dəstəyinə görə Türkiyəyə və prezident Ərdoğana təşəkkür etdik. Ukrayna nümayəndə heyətinin bu gün Rusiya tərəfi ilə keçirəcəyi İstanbul görüşündən əvvəl mövqelərimizi razılaşdırdıq”, – Yermak qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.