Nikbin adamların beyini bir-birinə oxşayır, eyni cür düşünürlər –Elmi araşdırma

Nikbin adamların beyini müxtəlif gələcək ssenarilərini təsəvvür etdikdə oxşar ritmdə işləyir.

AzPost bildirir ki, bu barədə Yaponiyanın Kobe Universitetinin alimlərinin apardığı yeni araşdırma göstərib.

Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Alimlər 87 iştirakçıdan nikbinlik səviyyələri ilə bağlı sorğu vərəqəsini doldurmağı xahiş ediblər. Onlar “dünya ətrafında epik səyahət”dən tutmuş işdən qovulmağa və ya ölümə qədər müxtəlif gələcək hadisələri zehni olaraq təsəvvür edərkən beyinlərinin MRT müayinəsini aparılıb.

Optimistlərin beyində gələcək haqqında düşünməklə əlaqəli olan sahə sayılan medial prefrontal koredə aktivlik oxşar olub. Müəllif Kuniaki Yanagisava izah edib ki, optimistlər eyni cür düşünürlər. Bu, bir-birlərini daha dərindən başa düşməyə və sosial cəhətdən daha uğurlu olmağa kömək edə biləcək xüsusi zehni dalğa yaradır.

Onlar davamlılığı təşviq edən yaxşı variantları pislərdən ayırmaqda daha yaxşıdır.

Tədqiqatçılar Tolstoyun məşhur sitatını xatırladıblar: “Xoşbəxt ailələrin hamısı bir-birinə bənzəyir, bədbəxt ailələrin hər biri  özünəməxsus şəkildə bədbəxtdir”.

“Optimistlərin hamısı bir-birinə bənzəyir, pessimistlər isə gələcəyi fərqli görürlər”deyə o əlavə edib.

Birmingem Universitetindən professor Lisa Bortolotti vurğulayıb ki, nikbinlik reallığı təhrif etmir, əksinə ona münasibətimizi dəyişir, bizə istədiyimizi qiymətləndirməyə və ona nail olmağa kömək edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.