Çindən təxliyyə edilən Azərbaycan vətəndaşları üçün karantin mərhələsi başlayıb

Koronavirus təhlükəsi ilə əlaqədar Çinin Uhan şəhərindən təxliyyə olunan 6 Azərbaycan vətəndaşı üçün karantin mərhələsi başlayıb.

APA-nın yerli bürosundan verilən xəbərə görə, Azərbaycan vətəndaşları Ankara Zəkai Tahir Burak Qadın Xəstəlikləri və Araşdırma Xəstəxanasında 14 gün müddətində karantin şəraitində saxlanacaq.

Beləliklə, 14 gün ərzində 3 gündən bir müayinə edilən həmin şəxslər üçün təkadamlıq otaqlar ayrılıb. Xəstəxanadakı tibbi heyət və hətta xəstəxananı mühafizə edənlər belə xüsusi geyim və maskalarla təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-də Həccə necə gediblər? –

Sonrakı məqalə

Mirzə Xəzər vəfat edib