Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gənclərin yaradıcılıq imkanlarının artırılması ilə bağlı təlim keçirilib

User 30 İyul 2025 - 10:15 (Last updated: 30 İyul 2025 - 12:43)
ge01

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi çərçivəsində növbəti – 7-ci təlimini təşkil edib.

21 iyul 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində yaradıcılıqla məşğul olmaq istəyən 13 nəfər benefisiar üçün təlim keçirilib.

Təlimi layihə rəhbəri Rəna Mahmudova açaraq təlimin gedişi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. O bildirib ki, AR QHT Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi uğurla davam edir. Artıq iyun və iyul aylarında ardıcıl olaraq 7-ci təlim keçirilir. Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində bəzən təlimlərin keçirildiyi günə təsadüf edən və əvvəlcədən planlaşdırılmamış tədbirlərə görə bəzi benefisiarlar təlimdə iştirak edə bilmirlər. Lakin növbəti təlimlərdə təlimçi həmin mövzu barədə iştirak edə bilməyən benefisiarlara əlavə məlumat verir.

Sonra təlimçi F. Babayev təlimə başlayaraq bildirmişdir ki, bugünkü mövzu sırf qəzəl janrına həsr olunub. Beləliklə, bu günkü mövzumuz “Klassik şeir nümunəsi olan qəzəl – Əruz vəzni” olacaq. Çünki bu janrda yazmaq istəyən və bəzən də çətinlik çəkən yazarlarımız var. Onların xahişini nəzərə alaraq bu mövzunu bir daha təkrar etmək qərarına gəldik. Mən bu janr haqqında daha əvvəl geniş məlumat vermişdim. Lakin bu dəfə ərəb dilində mükəmməl təhsil almış iştirakçılardan biri – Müşfiq müəllimi bu janr və bu janrda yazılan şeirlər haqqında danışmağa dəvət etdim.

Təlimi davam etdirən iştirakçı Müşfiq Qarayev əruz vəznini ərəb dilindən tərcümə edərək xırdalıqları iştirakçılara izah etdi və müxtəlif şairlərin qəzəllərindən nümunələr gətirərək təlimi maraqlı və diskussiya şəklində davam etdirdi.

Maraqlı keçən təlimdən sonra iştirakçılara çay və kofe stolu təqdim olundu. İştirakçılar çay süfrəsi ətrafında yazdıqları qəzəllərdən qiraət etdilər. Təlimçi onların şeirlərini və qiraətlərini dinlədikdən sonra hər birinə fərdi məsləhətlər verdi.

Fasilədən sonra gündəlik mövzu iştirakçılarla birlikdə davam etdirildi. Layihə rəhbəri növbəti təlimin avqust ayında keçiriləcəyini və dəqiq tarix və vaxt barədə benefisiarlara öncədən məlumat veriləcəyini qeyd etdi.

AzPost.az

Post navigation

Previous: COP-29-un Qlobal Mirasının təhlili mövzusunda Dəyirmi Masa keçirilib
Next: CASCFEN layihə çərçivəsində ikinci verilişini təqdim edib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.