Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Hava limanında çantasında üzərrik tapılan azərbaycanlılar saxlanılıb

User 02 Avqust 2025 - 13:58 (Last updated: 02 Avqust 2025 - 13:58)
uzerrik

Rusiyanın Orenburq hava limanında qadağan olunmuş bitkini qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən sərnişinlər saxlanılıb.

AzPost bildirir ki, Samara gömrükçüləri sərhəddən keçirilməsi qadağan olunmuş maddələrin siyahısına daxil edilmiş, tərkibində narkotik maddə olan üzərriyin qanunsuz idxalı ilə bağlı dörd fakt qeydə alıb.

Qeyd edildiyi kimi, üzərrik daha çox Azərbaycandan gələn sərnişinlərin baqajında rast gəlinir. Təkcə son aylarda Orenburq hava limanında belə hadisələrin sayı xeyli artıb. Belə ki, bir halda sərnişindən 54,7 qram, digər şəxs isə 221 qramı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib. Müəyyən edilmiş bütün faktlar üzrə cinayət işi açılıb.

Saxlanılan şəxslər iddia edirlər ki, “üzərrik”  kimi tanınan bu bitkini Bakı bazarlarından müalicə məqsədilə alıblar. Ancaq Rusiyada bu bitkinin dövriyyəsi məhduddur, çünki tərkibində psixoaktiv maddələr var.

Belə pozuntuların qarşısının alınması məqsədilə gömrük əməkdaşları tərəfindən məlumatlandırma kampaniyası aparılıb: Üzərrik idxalına qadağa qoyulması ilə bağlı memorandumlar hazırlanıb, gəliş və gediş zonalarında müvafiq elanlar yerləşdirilib, aviadaşıyıcı ilə qarşılıqlı fəaliyyət təşkil edilib.

Orenburq hava limanının gömrük postunun rəisi Aleksey Kaştanovun verdiyi məlumata görə, qadağa barədə məlumat artıq Bakı hava limanında sərnişinlərə çatdırılır və məlumat lövhələrində yerləşdirilir.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Keçmiş hakim Ənvər Seyidov vəfat edib

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

xezer sahili torpaq
  • Baş Yazı

Xəzər sahilindəki 3200 obyektin taleyi necə olacaq? – RƏSMİ AÇIQLAMA

User 19 Noyabr 2026 - 12:03
Xəzər dənizinin sahilboyu ərazilərində müəyyən edilmiş 3 200-dən çox özbaşına tikilinin gələcək taleyi hələlik bəlli deyil. Bu...
Read more about Xəzər sahilindəki 3200 obyektin taleyi necə olacaq? – RƏSMİ AÇIQLAMA
Ermənistandan 200-dən çox kütləvi məzarlığın yeri tələb olunur hikmet
  • Sosial

Ermənistandan 200-dən çox kütləvi məzarlığın yeri tələb olunur

User 19 Noyabr 2026 - 11:54
Bank Respublika-nın yeni səhmdarları kimlərdir? – Açıqlama Bank Respublika
  • İqtisadiyyat

Bank Respublika-nın yeni səhmdarları kimlərdir? – Açıqlama

User 19 Noyabr 2026 - 11:51
Avropanın “ikinci Yalta” qorxusu – Tramp, Si Cinpin və Putin bir araya gəldi tramp putin cin
  • Dünya

Avropanın “ikinci Yalta” qorxusu – Tramp, Si Cinpin və Putin bir araya gəldi

User 19 Noyabr 2026 - 11:45
19 noyabr üçün ulduz falı – Bu bürcləri gözlənilməz dəyişikliklər gözləyir burcler
  • Maraqlı

19 noyabr üçün ulduz falı – Bu bürcləri gözlənilməz dəyişikliklər gözləyir

User 19 Noyabr 2026 - 11:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.