Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Baş Qərargah rəisi Kərim Vəliyev Pakistana səfər edib

User 13 Avqust 2025 - 19:35 (Last updated: 13 Avqust 2025 - 19:35)
kerem paksitan

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə İslamabad şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, keçirilən qarşılanma mərasimində protokola uyğun olaraq general-polkovnik Kərim Vəliyev və feldmarşal Asim Munir fəxri qarovulun qarşısından keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Mərasimin sonunda şəhidlər abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşün sonunda general-polkovnik Kərim Vəliyev feldmarşal Asim Muniri və Pakistan Ordusunun şəxsi heyətini “Müstəqillik günü” və “Haqqın qələbəsi” əməliyyatında əldə edilmiş uğur münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

Sonra feldmarşal Asim Munirə Azərbaycanın müdafiə nazirinin əmri ilə verilmiş “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçiriləcək “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak edəcək.

AzPost.az

Post navigation

Previous: “Trampa dedim ki, Putin “blef” edir, hucuma hazırlaşır” –
Next: Britaniyanın XİN başçısı lisenziyasız balıq tutdu, cərimələnə bilər

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.