Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Qarabağ”la oyunlar komandaya dərs oldu” –

User 14 Avqust 2025 - 14:22 (Last updated: 14 Avqust 2025 - 14:22)
skendiya mesq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Şimali Makedoniyanın “Şkendiya” komandasının sabiq baş məşqçisi Bruno Akrapoviç AZƏRTAC-a müsahibə verib.

Bosniya və Herseqovinadan olan mütəxəssislə müsahibəni təqdim edirik:

– Sabiq komandanız “Şkendiya” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq (ümumi hesab 1:6) mübarizəni dayandırdı. Bu barədə nə deyə bilərsiniz?

– Açığı, hər iki oyunu çox izləmək fürsətim olmadı. Sonradan icmallara baxdım. Əvvəldən hər kəsə məlum idi ki, “Qarabağ” cütün favoritidir, güclü komandadır. Heyətində keyfiyyətli futbolçuları var. Azərbaycan çempionu ilə matçlar “Şkendiya” üçün dərs oldu. Ümid edirəm ki, onlar növbəti qarşılaşmalarda daha yaxşı oynayar, səhvlər etməzlər.

– Bu matçlarda “Qarabağ”ın heyətində hansı futbolçuları fərqləndirərdiniz?

– Dediyim kimi, “Qarabağ”ın heyətində keyfiyyətli yerli və legioner oyunçular var. Onlardan Kevin Medina, Leandro Andrade və Nəriman Axundzadəni qeyd edərdim.

– Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə üz-üzə gələcək. Şansları necə qiymətləndirirsiniz?

– Mən “Ferensvaroş”un “Ludoqorets”lə ilk görüşünü izləmişdim. Düzdür, oyun qolsuz heç-heçə ilə başa çatsa da, macarlar yaxşı mübarizə aparmışdılar. “Qarabağ” üçün çətin rəqibdir. Lakin mümkünsüz heç nə yoxdur. Fikrimcə, komandanız Liqa mərhələsinə yüksələ bilər.

– 2016-cı ildə Şimali Makedoniya klubunda işlədiyiniz dönəmdə Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmışdınız. Həmin görüşlər xatirinizdə necə qalıb?

– Bəli, çox yaxşı xatırlayıram. “Neftçi”nin həmin dövrdə heyətində gənc futbolçular çoxluq təşkil edirdi. Özü də hamısı keyfiyyətli oyunçular idi. Hər iki qarşılaşmada şanslar bərabər idi. Sonda bəxt bizim tərəfimizdə oldu və qalib gəldik.

– Maraqlıdır, indiyədək Azərbaycan klublarından təklif almısınız?

– İki-üç il əvvəl menecer vasitəsilə Azərbaycan klublarına təklif olunmuşdum.

– Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?

– Birinci növbədə “Qarabağ”ın baş məşqçisi, veteran futbolçu Qurban Qurbanovun adını qeyd edərdim. Hazırda onun komandasında oynayan Bədavi Hüseynov və Bəhlul Mustafazadə mənə tanış futbolçulardır. Bundan başqa, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov haqqında da məlumatım var.

AzPost.az

Post navigation

Previous: Prezident Afaq Bəşirqızını ordenlə təltif etdi –
Next: Sosial şəbəkələrdə təhlükəsizlik və uşaq hüquqları gündəmə gətirildi

Oxşar xəbərlər

messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.