Rusiya gələn ildən Xəzərdə kütüm ovunu qadağan edəcək

2026-cı il aprelin 1-dən mayın 20-dək Xəzər dənizində və Dağıstan Respublikasının su hövzələrində kütümün sənaye ovunun qadağan edilməsi planlaşdırılır. Dəyişikliklər layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb.

Rusiya mediasının məlumatına görə, layihəyə dair izahedici yazıda sənədin Ümumrusiya Balıqçılıq və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlandığı qeyd olunur.

Dağıstanda artıq bir neçə ildir ki, qiymətli balıq növü olan kütümün sənaye ehtiyatı və buna uyğun olaraq ovu kəskin şəkildə azalır. Problemin həlli üçün süni artırma üsulundan da istifadə olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.