Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT Astarada layihə çərçivəsində növbəti təlim keçirib

User 18 Avqust 2025 - 17:27 (Last updated: 18 Avqust 2025 - 18:52)
as05

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 8 avqust tarixində Astara rayonunun “Şindan” otelinin zalında keçirildi.

Tədbirdə 19 nəfər iştirak etdi. İştirakçılar əsasən Astara rayon bələdiyyə nümayəndələrindən ibarət idi. Tədbirdə həmçinin Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri Cəbrayıl Babayev və A. Qulamzadə iştirak edirdilər.

Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar. Layihənin ikinci mərhələsi, tədbirin birinci mərhələsinin qısa xülasəsi və iştirakçıların iştirakı ilə başlandı. Ardınca birinci mərhələnin sonunda ev tapşırıqlarının təqdimatı keçirildi. Təqdim olunan 4 layihə iştirakçılar tərəfindən müsbət qarşılandı.

Daha sonra təlimçi Əntiqə Qurbanova aşağıdakı mövzularla bağlı geniş məlumat verdi:

  • Sosial problemlərin həllinə əhalinin cəlb edilməsi;
  • İnsan haqlarının, xüsusilə qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması (qadınlara pozulmuş hüquqlarının müdafiəsində necə kömək edə biləcəkləri).

Mövzular üzrə iştirakçılar geniş müzakirələr apardılar və öz təcrübələrini bölüşdülər. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olundu. Onlara məişət zorakılığı qurbanlarına necə yardım göstərə biləcəkləri barədə də məlumat verildi. İştirakçılara izah olundu ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun məişət zorakılığının fiziki, psixoloji, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

Tədbirdə həmçinin kiçik qruplarda iş aparıldı. Mövzu – “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” idi. İştirakçılar 4 qrupa bölündülər. Qruplar bələdiyyə, fond və yerli sahibkarlardan ibarət oldu. Təlimçi izah etdi: “Hər qrup üzvləri birgə müzakirə edəcək. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə qurmalı, onları ideyalarına necə inandırmalı və həmin ideyaları necə təqdim etməlidirlər?”

Qruplar birlikdə işlədilər və hər qrupdan bir nəfər, həmçinin sahibkar və ya fond rəhbəri birlikdə təqdimat etdilər.

Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

AzPost.az

Post navigation

Previous: Azərbaycandan Ukraynaya qaz nəqli üzrə pilot layihə başa çatıb
Next: İctimai Birlik Laçında qadınlarla görüşüb

Oxşar xəbərlər

ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17

xƏBƏR

suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib. Bu barədə “MK” nəşri məlumat yayıb....
Read more about Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib
Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür? Sosial müavinətlər və təqaüdlərlə bağlı
  • Baş Yazı

Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?

User 07 Noyabr 2026 - 13:56
Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM ilham aliyev
  • Baş Yazı

Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM

User 07 Noyabr 2026 - 13:48
“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.