Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Qarabağdan gələn qaçqınların Azərbaycana qayıtması qeyri-realdır” –

User 18 Avqust 2025 - 19:14 (Last updated: 18 Avqust 2025 - 19:21)
pasinyan01

“Qarabağdan gələn qaçqınların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”.

AzPost bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqına müraciətində deyib.

Paşinyan bildirib ki, Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar olub. “Bu məsələdə ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının rolu əvəzsizdir. Avqustun 8-dən sonra biz tamam başqa, tamamilə yeni Cənubi Qafqazda yaşayırıq”.

Paşinyan deyib ki, illər ərzində Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyini və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub: “Hələ 2025-ci ilin martında parlamentdə açıq şəkildə bəyan etmişdim ki, mən Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Dedim əgər  xalq razı olmasa, inqilab etsin. Xalq inqilab etmədi. Başa düşür ki, Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz”.

“Azərbaycan Prezidenti ilə birlikdə biz BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, nəhayət, keçmiş münaqişənin səhifəsini bağlamaq və parlaq gələcəyə yol çəkmək zərurətini elan etdik. Biz bəyan etdik ki, beynəlxalq sərhədlərin dəyişdirilməsi üçün gücdən istifadənin yolverilməzliyi prinsipi qeyd-şərtsiz olaraq qalır. Bu, xalqlarımız üçün keçmişdəki düşmənçiliyi qoyub mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi fürsətdir. Biz intiqam almaq cəhdlərini qətiyyətlə rədd etdik – həm bu gün, həm də gələcəkdə”-deyə Paşinyan vurğulayıb.

 

AzPost.az

Post navigation

Previous: Rusiyada Azərbaycan diasporasının rəhbəri Yusif Xəlilov həbs edilib
Next: “Musiqimiz stilini dəyişəndən sonra efirə çıxmamağa söz verdim” –

Oxşar xəbərlər

Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22

xƏBƏR

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
Bu gün Azərbaycanın enerji tarixində müstəsna əhəmiyyətə malik bir layihə (“Azəri-Çıraq-Günəşli” bloku) üzrə əlamətdar gündür. 7 noyabr...
Read more about “Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.