Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Fransa saxlanılmış azərbaycanlı uşaqları Almaniyaya qaytarıb

User 18 Avqust 2025 - 20:23 (Last updated: 18 Avqust 2025 - 20:23)
fransa ussaq

Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar – Dəniz Məhəmməd oğlu Abdullayev və Araz Məhəmməd oğlu Abdullayevin Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.

Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.

“Uşaqlar 18 avqust 2025-ci il tarixində Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə Fransa ərazisindən Almaniyaya geri qaytarılıblar.

Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün növbəti mərhələdə Almaniya hüquq müstəvisində müvafiq tədbirlər görüləcək.

Mövcud durumda həm Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi, həm də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi vətəndaşlara hüquqi dəstək göstərəcək.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına bir daha müraciət edilir ki, xarici ölkələrdə bu kimi hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın həmin ölkədəki səfirliyinə məlumat versinlər. Səfirliyin öncədən məlumatlı olması vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır”, – məlumatda bildirilib.

AzPost.az

Post navigation

Previous: Tramp Putinin tələbindən sonra danışıqları dayandırmaq istəyib
Next: Türkiyədə nə qədər azərbaycanlı tələbə təhsil alır?

Oxşar xəbərlər

ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM

User 07 Noyabr 2026 - 13:48
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam...
Read more about Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM
“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.