Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

User 19 Avqust 2025 - 11:40 (Last updated: 19 Avqust 2025 - 11:40)
Silver_stieve_Nar_637x400

Sərfəli xidmətləri ilə yanaşı cəmiyyətə dəyər qatan təşəbbüşləri ilə fərqlənən “Nar” Beynəlxalq Biznes Mükafatlarında “İlin Kommunikasiya və ya PR kampaniyası” nominasiyasında “Gümüş Stevie” mükafatına layiq görüldü.

“Nar”ın mükafata layiq görülən sosial layihəsi nitq və eşitmə məhdudiyyətli şəxslərə yönəlmiş “Təlim məktəbi” iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə dəstək olur. Layihə çərçivəsində 200-dən çox gəncə müxtəlif peşələr üzrə təlim və dəstək göstərilib.

Qeyd edək ki, bu il Beynəlxalq Biznes Mükafatlarına 78 ölkədən 3800-dən çox müraciət olub. Layihələr müxtəlif ölkələri təmsil edən, ümumi tərkibi 250-dən çox mütəxəssisdən ibarət olan doqquz münsif heyəti tərəfindən dəyərləndirilib.

“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərə yönəlmiş sosial layihələrimiz onların həyat keyfiyyətinin yaxşılaşmasına və cəmiyyətdə bərabər imkanların yaradılmasına mühüm töhfə verir. “Nar”ın inklüziv cəmiyyət qurmaq istiqamətində atdığı strateji addımların beynəlxalq miqyasda tanınması və nüfuzlu mükafatla dəyərləndirilməsi sosial məsuliyyət strategiyamızın uğurla həyata keçirildiyinin göstəricisidir”.

“Stevie Awards” 2002-ci ildə ABŞ-da təsis olunub və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin və fərdlərin biznes sahəsindəki nailiyyətlərini qiymətləndirir. Mükafat qalibləri uğurlu nümunə kimi təqdim olunur. Qeyd edək ki, “Nar” bu nüfuzlu mükafata artıq üçüncü dəfə layiq görülür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

AzPost.az

Post navigation

Previous: Ali məktəblərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb
Next: İlham Əliyev “Goldman Sachs Group Inc.”in prezidentini qəbul edib

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.