Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Bələdiyyə fəaliyyəti ilə bağlı təlim keçirilib

User 25 Avqust 2025 - 08:00 (Last updated: 25 Avqust 2025 - 15:03)
be03

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin növbəti tədbirini keçirib.

Tədbir 19 avqust 2025-ci il tarixində Şirvan şəhər Gənclər Evində baş tutub. Tədbirdə əsasən şəhər bələdiyyə və icra nümayəndələrindən ibarət olan 17 nəfər iştirak edib. Təlimi təşkilatın təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva aparıblar. Tədbir layihənin birinci mərhələsinin qısa xülasəsi və ev tapşırıqlarının təqdimatı ilə başlayıb. İştirakçıların hazırladığı 4 layihə təqdim olunaraq qrup tərəfindən müsbət qarşılanıb. Ardınca təlimçi Əntiqə Qurbanova iştirakçılara sosial problemlərin həllinə əhalinin cəlb edilməsi, qadın haqlarının müdafiəsində bələdiyyələrin rolu və məişət zorakılığı qurbanlarına dəstək imkanları mövzularında ətraflı məlumat verib.

Təlimdə interaktiv müzakirələr təşkil olunub. İştirakçılar kiçik qruplara bölünərək “donorlar niyə sizə maliyyə dəstəyi göstərməlidir?” mövzusu üzərində işləyiblər. Bələdiyyə, fond və sahibkarlardan ibarət qruplar birgə fəaliyyət mexanizmlərini müzakirə edib, ideyalarını təqdim ediblər.

Tədbirin sonunda iştirakçılar təqdimatlarını bölüşüblər və təlimin praktiki faydasını yüksək qiymətləndiriblər. Görüş çay və şirniyyat süfrəsi ilə yekunlaşıb.

AzPost.az

Post navigation

Previous: Finlandiya ABŞ-ın iştirakı ilə təlimlərə başlayır
Next: Zelenski təkzib etdi –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.