AK Prezidenti Rusiyaya qarşı müdafiəni gücləndirmək üçün “ön cəbhə” ölkələrinə səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen sabah Rusiyanın təcavüzünə qarşı Avropanın dəstəyini təsdiqləmək və müdafiə xərclərini artırmaq məqsədilə “ön cəbhə” adlandırılan ölkələrə səfər edəcək.

APA xəbər verir ki, bu barədə məlumatı “Politico” Avropa İttifaqı Komissiyasının sözçüsünə istinadən verib.

Məlumata görə, tur çərçivəsində Ursula fon der Leyen Finlandiya, Estoniya, Litva, Latviya və Polşa ilə yanaşı, Bolqarıstan və Rumıniyaya da səfər edəcək. Bu, Ukraynada Rusiyanın genişmiqyaslı işğalının başladığı vaxtdan bəri Aİ-nin təhlükəsizlik və müdafiə sahəsindəki ən böyük diplomatik təşəbbüsüdür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.