ABŞ-a yollanan 14 min venesuelalı miqrant geri qayıdıb

ABŞ-a yollanan 14 min miqrant geri qayıdıb.

Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının dəstəyi ilə Kolumbiya, Panama və Kosta-Rika hökumətləri tərəfindən dərc edilən hesabatda göstərilir. Hesabata görə, onların demək olar ki, hamısı venesuelalıdır. Məlumata əsasən, bunlar Venesuelanın uzun sürən iqtisadi, sosial və siyasi böhranlarından qaçmaq üçün ABŞ-a üz tutan və yeni immiqrasiya siyasəti ilə qarşılaşdıqları üçün geri qayıdan miqrantlardır.

Qeyd olunur ki, Kolumbiya və Panama sərhədindəki təhlükəli Darien dəhlizi vasitəsilə 2023-cü ildə yarım milyondan çox miqrant keçib və bu rəqəm pik həddə çatıb. Bu axın 2024-cü ildə bir qədər ləngiyib, lakin bu ilin əvvəlində demək olar ki, tamamilə sıfırlanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.