Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

34 ildir dırnaqlarını tutmayan kişi Ginnesin Rekordlar Kitabına düşdü

User 02 Oktyabr 2025 - 14:35 (Last updated: 02 Oktyabr 2025 - 14:00)
dirnaq gines

Vyetnamlı rəssam Lüu Konq Huyen qeyri-adi səbri ilə dünya şöhrəti qazanıb.

Azpost.az xəbər verir ki, o, 34 il ərzində dırnaqlarını kəsməyərək onların ümumi uzunluğunu 5,9 metrə çatdırıb və nəticədə Ginnesin Rekordlar Kitabına düşüb.

Mütəxəssislərin sözlərinə görə, bu qədər mürəkkəb ölçünü hesablamaq üçün xüsusi üsuldan istifadə edilib. Hər dırnaq ip ilə bükülərək iki dəfə ölçülüb, daha sonra orta nəticə götürülüb. Nəticədə məlum olub ki, sol əlin dırnaqları 3,8 metr, sağ əlin dırnaqları isə 2,05 metr uzunluğa çatıb. Ən uzun dırnaq isə sol baş barmaqda qeydə alınıb – 1,2 metr.

Lüu Konq Huyen əvvəlcə bu addımı atasının – şamanın yolunu davam etdirmək üçün atsa da, sonradan məqsədini dəyişib. Bununla belə, qərarından dönməyib və dırnaqlarını kəsmədən həyatına davam edib. Onun sözlərinə görə, onları kəssəydi, özünü narahat hiss edəcəkdi.

Amma belə bir qeyri-adi vərdiş ciddi çətinliklər də yaradıb. Dırnaqlar su ilə təmasda tez sınır, buna görə də rəssam onlardan daim qorunmaq məcburiyyətində qalıb. İnsanların sıx olduğu yerlərdə hərəkət etmək riskli olub, gündəlik həyatda isə ona həyat yoldaşı kömək edib – hətta geyinməkdə belə.

Bütün bunlara baxmayaraq, rəssam əsas peşəsini – divarlara freskalar çəkməyi davam etdirir. Onun dırnaqları illərlə qurumuş boya qatları ilə örtülüb və artıq sadəcə bədən hissəsi yox, həm də özlüyündə bir incəsənət əsərinə çevrilib.

AzPost.az

Post navigation

Previous: Beş nəfər döyülərək öldürüldü və yandırıldı –
Next: Mançesterdə sinaqoqa hücum –

Oxşar xəbərlər

ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
Yuxu
  • Maraqlı

Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq

User 29 Oktyabr 2026 - 19:18

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.