Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Şərurlu İsfəndiyarın cinayət işi üzrə ekspertiza rəyi açıqlanıb

User 03 Oktyabr 2025 - 12:49 (Last updated: 03 Oktyabr 2025 - 12:49)
isfendiyar

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzPost APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyi elan edilib. Ekspertiza rəyinə görə, İsfəndiyar Axundov müsahibələrində Emil Səməndərovun ünvanına şərəf və layəqəti alçaldan təhqir formalı sözlərdən istifadə edib. Lakin nalayiq ifadələrə rast gəlinmir.

 

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli və Şahbaz Kərimli ekspertizanın rəyi ilə razılaşmayıb və Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin verdiyi rəyin ziddiyyətli olduğunu bildirib. Həmçinin eksperti “maraqlı şəxs” adlandırıblar. Bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutunun linqvistik ekspertizasına müraciət olunması barədə vəsatət verilib.

Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov vəsatətin zəruri olmadığını bildirib və təmin olunmamasını istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra vəkil Asim Abbasov bildirib ki, rəyi verən Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin eksperti Almaz Bayramova da iclasa çağırılsın, hər iki şəxs dindirilsin, sonra məhkəmə müşavirə otağında qərar versin.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Proses oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev Almaniya prezidentini təbrik edib
Next: Rusiya neftini daşımaqda şübhəli bilinən gəmi Fransadan yola düşüb

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.