Tramp İspaniyanı NATO-dan qovmaqla hədələdi

ABŞ prezidenti Tramp İspaniyanı NATO-dan qovmaqla hədələyib. 

AzPost bildirir ki, Amerika lideri İspaniyanı müdafiə xərclərində geridə qaldığını bildirib və ölkəni NATO-dan çıxarmaqla hədələyib.

“Bizim geridə qalan bir ölkəmiz var, o da İspaniyadır. Açığı, biz onu NATO-dan qovmalıyıq”, – ABŞ prezidenti deyib.

İyun ayında Trampın təzyiqi altında Alyansın üzvü olan 32 dövlət  qarşıdakı on il ərzində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılaşıb. Yeni hədəf ÜDM-in 3,5%-i, əlavə olaraq infrastruktur üçün 1,5%-dir. Əvvəllər NATO ölkələrindən buna ÜDM-in cəmi 2%-ni xərcləməsi tələb olunurdu.

İspaniya yeni tələblərlə razılaşsa da hökumət sonradan onları yerinə yetirə bilməyəcəyini etiraf edib. Daha sonra Tramp İspaniya məhsullarına əlavə rüsumlar tətbiq etməklə hədələyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.