Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam ABŞ-da tanınmış din xadimi, ravvin Artur Şnayerlə görüşüb

User 12 Oktyabr 2025 - 18:54 (Last updated: 12 Oktyabr 2025 - 18:54)
seyx abs01

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri olan Ravvin Artur Şnayerlə Nyu-York Park East sinaqoq kompleksində görüşüb.

QMİ-nin Mətbuat Xidmətindən verilən xəbərə görə, Ravvin Şnayer hazırki görüşün olduqca əlamətdar bir dövrdə – Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalandığı, Yaxın Şərqdə sülhün bərqərar olacağının gözlənildiyi, həmçinin, yəhudi xalqının Sukkot bayramını qeyd etdiyi vaxtda keçirildiyindən öz sevincini ifadə edib.

A.Şnayer bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakıyla Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanması münasibətilə öz xüsusi məmnuniyyətini dilə gətirdi, Cənubi Qafqazda, Fələstində, Qəzzada, o cümlədən, yaxın gələcəkdə Ukraynada sülhün bərqərar edilib davamlı olması üçün dualar etdi.

Şeyxülislam A. Paşazadə Ravvin A. Şnayerin Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra hər zaman haqqı və ədaləti dəstəklədiyinə toxunaraq, bununla da bölgədə sülhün bərqərar olunmasına töhfə verdiyini vurğuladı, Azərbaycan dindarları adından və şəxsən öz adından təşəkkür etdi.

Dini liderlər olaraq, həm özünün, həm Şeyxülislam A. Paşazadənin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan Ravvin A. Şnayer bundan sonra da Azərbaycan və Ermənistan dini liderləri arasında dialoq müstəvisinin davam etməsinin vacibliyinə diqqəti çəkdi. Bununla bağlı QMİ sədri qeyd etdi ki, iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırkı vəziyyətdə erməni kilsəsi və erməni diasporu bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır. “Qəribədir, adətən siyasilər müharibə törədir, münaqişələrə və qarşıdurmalara səbəb olurlar, din xadimləri isə sülhə çağırırlar. İndi isə gördüyümüz mənzərə tam tərsidir – siyasi rəhbərliklər sülhə doğru addımlar atır, erməni kilsəsi isə hələ də əlindən “kalaşnikov”u yerə qoymaq istəmir” – deyə Şeyxülislam qeyd edib.

A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını, Böyük Qayıdışın həyata keçirildiyi haqda Ravvin Şnayerə məlumat verib. Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün dini məbədlər – məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli dini obyektlər təmir olunur.

Görüşdə iştirak edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anhel Moratinos Ravvin Şnayeri və Şeyxülislam A. Paşazadəni dünya miqyaslı dini liderlər olaraq salamladı və bu görüşdə iştirak etməkdən məmnunluq duyduğunu ifadə etdi. O, Azərbaycanın beynəlxalq dinlərarası dialoq prosesində, islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə oncüllük etdiyini qeyd etdi, bu müstəvidə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rol oynadığını alqışladı.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim iştirak edib.

AzPost.az

Post navigation

Previous: Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyası başlayıb
Next: Zelenski və Tramp son sutkada ikinci dəfə telefonla danışıblar

Oxşar xəbərlər

dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
neriman
  • Din

“Quran”da hicab məsələsi –

User 12 Oktyabr 2026 - 17:30
seyx esas
  • Din

Şeyxülislam Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

User 06 Oktyabr 2026 - 22:05

xƏBƏR

ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakları müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb....
Read more about Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakları müsadirə olundu
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq” putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29
2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq burcler
  • Maraqlı

2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq

User 27 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.