Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şikayətçi “Kontakt Home”də çatdırılma xidmətindən narazı qalıb

User 16 Oktyabr 2025 - 18:41 (Last updated: 16 Oktyabr 2025 - 18:35)
KontaktHome

KontaktHome

Aygün adlı müştəri “Kontakt Home” mağazalar şəbəkəsindən alış-veriş zamanı yaşadığı problem barədə sosial şəbəkədə şikayət paylaşıb.

AzPost bildirir ki, onun sözlərinə görə, ayın 6-da rayondan Bakıya gəlməzdən əvvəl mağaza ilə əlaqə saxlayaraq soba və şirəçəkən almaq istədiyini bildirib, lakin məhsulun yalnız anbarda olduğunu öyrənib.

Müştəri əvvəlcədən razılaşdırıb ki, məhsul 28 May ərazisindəki mağazaya gətirilsin və o, ayın 9-da oradan götürsün. Lakin sonradan vəziyyət tam əksinə olub: “Kuryer zəng edib dedi ki, çatdırılmanı etdim, 28 Mall filialından götürə bilərsiz. Getdim mağazaya, mənə dedilər ki, guya evə çatdırılma qeyd olunub, məhsulu verə bilmərik. Dedim ki, mən rayona qayıdıram, hara çatdırırsız axı? Heç kim məsuliyyət daşımır, hər kəs sadəcə ‘şikayətinizi qeydə alırıq’ deyir.”

Aygün xanım bildirir ki, məsələ ilə bağlı 6060 qaynar xəttinə dəfələrlə zəng etsə də, yalnız formal cavablar alıb və problemin həllinə dair heç bir addım atılmayıb.

“Üstündən neçə gün keçib, hələ də baxırlar… Amma hara baxırlar, necə baxırlar, bu məlum deyil,” — deyə müştəri qeyd edib.

Şikayət sosial mediada geniş müzakirəyə səbəb olub.

Kontakt Home məsələ ilə bağlı rəsmi cavabında bildirib: “Salam, Aygün xanım. Xoşagəlməz təcrübə yaşamağınızı əsla istəməzdik. Biz mütləq müraciətinizi incələyib sizinlə əlaqə saxlayacağıq. Bunun üçün, zəhmət olmasa, sənədləşmədəki ad, soyad, ata adı və aktiv əlaqə nömrənizi şəxsi mesaj üzərindən bizimlə paylaşardınız.”

AzPost.az

Post navigation

Previous: FIFA ABŞ-ın oyunlarla bağlı qərar vermək səlahiyyətini tanıyıb
Next: Almaniyada azyaşlılara hücum edən miqrant həbs olunub

Oxşar xəbərlər

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.