Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putin və Trampın görüşünə hazırlıq davam edir –

User 22 Oktyabr 2025 - 21:51 (Last updated: 22 Oktyabr 2025 - 21:51)
Trampın Qafqaz

Trampın Qafqaz

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq prosesi davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Diplomatın sözlərinə görə, Moskva və Vaşinqton Ukrayna məsələsi ilə bağlı “non-paper” formatında heç bir sənəd mübadiləsi aparmayıb.

“Biz bildiririk ki, sammitə hazırlıq davam edir. Mən ciddi maneələr görmürəm”, – deyə Ryabkov vurğulayıb. O qeyd edib ki, əsas məsələ Ankoricdə keçirilmiş görüşdə prezidentlər tərəfindən müəyyənləşdirilən parametrlərin “konkret məzmunla doldurulmasıdır”. Bu isə çətin, lakin zəruri prosesdir.

Rusiya XİN rəhbərinin müavini əlavə edib ki, bəzi qüvvələr Rusiya və ABŞ-ın razılığa gəlməsinə və liderlərin yeni görüşünün keçirilməsinə mane olmağa çalışırlar. “Vəziyyəti əvvəlki dövrlə müqayisədə dəyişmiş kimi təqdim etmək cəhdləri var. Mən bunu razılığa gəlmək şansını azaltmaq üçün düşünülmüş cəhdlə əlaqələndirirəm”, – deyə diplomat qeyd edib.

S.Ryabkov hesab edir ki, Qərb mediasında anonim mənbələrə istinadla yayılan çoxsaylı şayiələr və məlumat sızmaları “işin xeyrinə deyil”. O, həmçinin bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubionun Budapeştdə görüşü barədə razılıq hələ əldə olunmayıb.

AzPost.az

Post navigation

Previous: Gürcüstanın sabiq Baş naziri DTX-da günahını etiraf edib
Next: Meloni İtaliyanın Fələstini tanıması üçün şərtləri açıqlayıb

Oxşar xəbərlər

buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39

xƏBƏR

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli...
Read more about Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.