Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İlk qadın gəmi kapitanımıza həsr olunmuş “Şövkət” filmi təqdim edilib

User 23 Oktyabr 2025 - 11:52 (Last updated: 23 Oktyabr 2025 - 11:52)
sovket01

“AZCON Holding” şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə çəkilmiş, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filminin təqdimat mərasimi keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə “AZCON Holding”, o cümlədən ASCO rəhbərliyi və əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Azərbaycan Dənizçilik Kollecinin (ADK) tələbələri, ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər, həmçinin filmin yaradıcı heyəti iştirak edib.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev bildirib ki, 167 illik tarixi olan gəmiçiliyin zəngin irsindən qaynaqlanmaqla çəkilmiş filmin oktyabrın 22-də təqdimatı xüsusi önəm daşıyır. Məhz 2013-cü ilin bu günündə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən iki qədim və böyük donanmanın birləşdirilməsi yolu ilə hazırda ASCO brendi ilə fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb.

ASCO yarandığı gündən dənizçi peşəsinin nüfuzunun daha da artırılmasının prioritet məsələ olduğunu qeyd edən sədr, “Şövkət” filminin bu məqsədə nail olmaq istiqamətində reallaşdırılan layihələrdən biri olduğunu diqqətə çatdırıb.

Rauf Vəliyev Şövkət Səlimovanın həyat və fəaliyyətinin gənc xanımlar üçün güclü motivasiya mənbəyi olduğunu, ASCO-da həm sahil, həm də üzən heyətdə çalışan, eləcə də ADDA-da təhsil alan xanımların sayının getdikcə artdığını bildirib.

Sonra sədr həmin xanımlardan biri olan RoPax tipli “Zərifə Əliyeva” gəmisində matros kimi çalışan ADDA məzunu Nuranə Əkbərovanı səhnəyə çağırıb və bundan sonra kapitan köməkçisi kimi fəaliyyətini davam etdirəcəyi münasibətilə onu təbrik edib.

Tədbirdə xanım kapitana həsr olunmuş və 1979-cu ildə Xalq artisti Flora Kərimovanın ifa etdiyi “Sular qızı” romansından bir parça səsləndirilib. Romansın səsləndirilməsindən sonra Xalq artisti Flora Kərimova Şövkət Səlimova ilə bağlı xatirələrini bölüşüb.

Daha sonra bədii film nümayiş edilib.

Təqdimatın ardınca filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və onlara ASCO adından “Təşəkkürnamə” təqdim edilib.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar.

Bədii filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur. Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və müxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrün ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.

 

AzPost.az

Post navigation

Previous: 9 ayda Neft Fondu büdcəyə 10 milyard köçürüb –
Next: 4 yaşlı uşaq silahla 7 yaşlı oğlanı öldürdü

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.